Bakıda itkin düşən Azərbaycan Dövlət Aqrar Universitetinin tələbəsi 19 yaşlı Vasif Abidinov tapılıb.
Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
“Araşdırmalarla onun itkin düşməsində hər hansı kriminal tərkib aşkar edilməyib. Məlum olub ki, bu hal şəxsi niyyətindən irəli gələn addım olub.
Hazırda onunla profilaktik söhbət aparılır, bu cür davranışın ailə üzvləri və yaxınları arasında narahatlıq yaratdığı onun diqqətinə çatdırılıb”.