Bakıda kişi restoranda iftar zamanı ÖLDÜ

İftar
İftar

Bakıda vətəndaş iftar zamanı ölüb.

AzPost xəbər verir ki, hadisə martın 15-də paytaxtın Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən restoranda baş verib.

İftar süfrəsi arxasında olan Şəhriyar Əli oğlu Cəfərovun halı qəfildən pisləşib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılıb və ona tibbi yardım göstərilib. Lakin Ş.Cəfərovun həyatını xilas etmək mümkün olmayıb.

Restoranın nümayəndəsi ölüm faktını təsdiqləyib.

Hadisə ilə bağlı araşdırma aparılır. /Teleqraf.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.