Bakıda küçədə kişi müəmmalı vəziyyətdə ölüb – FOTO

Bakının Yasamal rayonunda küçədə meyit tapılıb.

Kişi meyiti Akim Abbasov küçəsində aşkarlanıb.

Təcili Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkimi Malik Mehdiyev APA-ya bildirib ki, ölən şəxsin yalnız üz nahiyyəsində şişkinlik var.

Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Meyit morqa təhvil verilib.

Ölümün səbəbləri Yasamal Rayon Prokurorluğunun əməkdaşları tərəfindən araşdırılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.