Bakıda “Life Centre”nin yerləşdiyi binada yanğın söndürülüb

20 İyul 2021 - 16:34

Bakıda “Life Centre”nin yerləşdiyi binada yanğın söndürülüb.

İlkin məlumata əsasən, yanğın nəticəsində binanın şaxtasından (1-ci mərtəbədən 16-cı mərtəbəyə kimi) keçən elektrik kabelinin izolyasiyaedici üzlüyü yanıb. Mənzillər yanğından mühafizə olunub.

Yanğın zamanı FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən tüstülənmiş mənzillərdən 3 nəfər təhlükəsiz əraziyə təxliyə olunub.