Bakının məşhur geyim dükanında soyunub-geyinmə otağına qoyulan kamera görənlərin təəccübünə səbəb olub.
Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.
Qeyd olunur ki, “New Yorker” geyim dükanındakı soyunub-geyinmə otağının düz üstündə kamera quraşdırılıb.
Məsələ ilə oxu.az saytı geyim dükanı ilə əlaqə saxlayıb. Zəngi cavablandıran əməkdaş faktı təsdiqləsə də, açıqlaması əcaib olub: “Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir”.
“Bəs nəyi çəkir?” sualımıza isə cavab verməyiblər.