Bakıda məktəbdə yanğın olub, 3 nəfər tüstüdən zəhərlənib

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-in Mətbuat xidmətindən verilən xəbərə görə, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb.

Əvvəlki məqalə

Naxçıvan Şəhərsalma və Arxitektura Komitəsinin sədr müavini işdən azad edilib

Sonrakı məqalə

Xuliqanlıqda ittiham olunan MMA döyüşçüsü azadlığa buraxılıb –