Bakıda məşhur restoranda biabırçılıq- Xidmət və yeməklərdən şikayət

Səhər yeməyi
Səhər yeməyi

Bakıda yerləşən məşhur hotellərdən birinin ərazisində fəaliyyət göstərən restoran barədə sosial şəbəkələrdə ciddi narazılıqlar yayılıb. Müştərilər Ramada otelinin ərazisində yerləşən Marmaris restoranında yaşadıqları xoşagəlməz təcrübəni ictimailəşdiriblər.

AzPost xəbər verir ki, istifadəçilər səhər yeməyi adı ilə getdikləri məkanda köhnə məhsullar və bərbad xidmətlə qarşılaşıblar. Sosial şəbəkə istifadəçisi Fatimə Amrali Şıxveli paylaşımında bildirib ki, restoranda hər şey köhnə və istifadəyə yararsız vəziyyətdə olub. Onun sözlərinə görə, isti yemək sifariş verdikdən tam iki saat sonra gəlib və o da cəmi bir boşqabla təqdim olunub.

“Demək olar ki, ac gəlib evdə yedik. Çörək, meyvə, şokolad yağı – hamısı köhnə idi. Hər şey bərbad, xidmət sıfır səviyyəsində idi”, – deyə o qeyd edib.

Digər istifadəçi Solmaz Cahangirova isə qeyd edib ki, bu restoran hələ açıldığı ilk gündən narazılıqlarla gündəmdədir. Onun sözlərinə görə, illər öncə gedəndə də eyni vəziyyətlə üzləşiblər.

Restoran və otelin digər xidmətləri barədə də narazılıqlar səsləndirilib. Abbas Diyar adlı istifadəçi bildirib ki, Ramada otelinin SPA və hovuzları da bərbad vəziyyətdədir: “Hovuzlar xlorlu gölməçəni xatırladır. SPA isə girilməz haldadır.”

Hazırda restoran və otel rəhbərliyindən məsələ ilə bağlı hər hansı açıqlama verilməyib. Qeyd edək ki, sosial şəbəkə istifadəçiləri bu cür xidmət səviyyəsinin paytaxtın mərkəzində yerləşən və özünü nüfuzlu məkan kimi təqdim edən obyekt üçün qəbuledilməz olduğunu bildirirlər.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.