Bakıda maşın polis şöbəsinə çırpıldı- FOTO

Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində avtomobil idarəetməni itirərək ərazidə dayanan bir neçə nəqliyyat vasitəsinə çırpılıb.

Bu barədə “Report”a qəzadan zərərçəkən sürücü məlumat verib.

Həmin şəxs bildirib ki, sürücü idarəetməni itirib və avtomobili zərblə bir neçə maşınla toqquşdurub. Sonra isə avtomobili 33-cü polis bölməsinin divarına çırpıb.

Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən  bildirilib ki, qəzanın baş verməsinə ilkin ehtimal sürücünün idarəetməni itirməsidir. Məlumata görə, hazırda faktla bağlı araşdırma aparılır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.