Bakıda məşhur paltar dükanında geyinmə otağına kamera quraşdırılıb –Əcaib cavab /VİDEO

Bakının məşhur geyim dükanında soyunub-geyinmə otağına qoyulan kamera görənlərin təəccübünə səbəb olub.

Bununla bağlı videogörüntü sosial şəbəkədə paylaşılıb.

Qeyd olunur ki, “New Yorker” geyim dükanındakı soyunub-geyinmə otağının düz üstündə kamera quraşdırılıb.

Məsələ ilə oxu.az saytı geyim dükanı ilə əlaqə saxlayıb. Zəngi cavablandıran əməkdaş faktı təsdiqləsə də, açıqlaması əcaib olub: “Bəli, quraşdırılıb, amma o, geyinib-soyunanları çəkmir”.

“Bəs nəyi çəkir?” sualımıza isə cavab verməyiblər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.