Bakıda yerləşən məşhur LA MIA COLAZIONE kafesində xoşagəlməz hadisə baş verib. AzPost xəbər verir ki, sosial şəbəkə istifadəçisi daim ziyarət etdiyi bu məkanda yaşadığı narazılığı ictimailəşdirib.
Müştərinin bildirdiyinə görə, Crescent Mall filialında aldığı şirniyyatın içindən tük çıxıb. Hətta sosial media istifadəçisi bunun bir hissəsini dartaraq çıxardığını və hadisə barədə dərhal xidmət edən əməkdaşa məlumat verdiyini qeyd edib. Lakin müştərinin sözlərinə görə, əməkdaş hadisəyə qeyri-ciddi yanaşıb və “bizdə hamı papaqla işləyir” deyərək, onu haqsız vəziyyətdə qoyub.
Narazı müştəri həmçinin bildirib ki, hadisədən sonra restoran rəhbərliyindən heç bir üzrxahlıq və izahat verilməyib. Sonda hesaba ödəmə edərək məkandan ayrılıb. Məsələ ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinə də məlumat verdiyini açıqlayan istifadəçi, lazımi tədbirlərin görüləcəyinə ümid etdiyini bildirib.
Sosial şəbəkələrdə yayılan məlumatda müştəri, eyni zamanda restoranın Instagram hesabına da baş verənlə bağlı yazdığını, lakin orada yalnız müsbət rəylərin paylaşılmasının diqqət çəkdiyini qeyd edib.
Qeyd edək ki, hadisə ilə bağlı LA MIA COLAZIONE tərəfindən hələ ki, heç bir rəsmi açıqlama verilməyib.