Bakıda oğul anasını və evdə işləyən ustanı bıçaqla vurub

Bakıda kişi anasını və evdə işləyən ustanı bıçaqlayıb.

Hadisə paytaxtın Yasamal rayonu, Ş. Əzizbəyov küçəsi, ev 34-də qeydə alınıb.

Şəhər sakini Elnur Quliyev yaşadığı mənzildə usta işləyən Kamil Sədrəddinbəyovu bıçaqlayıb. Hadisədən bir neçə saat sonra o, özünü öldürməyə cəhd edərkən anası Minəxanım Quliyeva ona mane olmağa çalışıb.

Bu zaman E. Quliyev anasını da bıçaqlayıb.

Hər iki yaralı xəstəxanaya çatdırılıb. Hadisəni törətməkdə şübhəli bilinən E. Quliyev saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Bu il Azərbaycanda 4 uşaq övladlığa götürülüb