Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib- FOTO

Bakıda özünü körpüdən atmaq istəyən şəxs xilas edilib.

FHN-dən verilən xəbərə görə, xilasedicilər tərəfindən intihara cəhd edən şəxslə ünsiyyət qurulub və davamlı psixoloji söhbət aparılıb. Bu müddət ərzində xilasedici qrup tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Xilasedicilərin vətəndaşla apardığı psixoloji söhbət nəticəsində intihar etmək niyyətindən çəkinib və o, xilas edilərək aidiyyəti üzrə təhvil verilib.

*****

Bakıda intihara cəhd hadisəsi olub.

Ad soyadı bilinməyən bir nəfər “Koroğlu” stansiyası yaxınlığındakı asma körpüyə çıxaraq özünü atmaq istəyib.

Hadisə ilə əlaqədar əraziyə polis əməkdaşları və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb olunublar.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.