Bakıda polis kameraları sındıran yeniyetmələri tapdı- Ailələri bölməyə çağırıldı - VİDEO

Binəqədi
Binəqədi

Bakıda bir qrup yeniyetmənin küçə kameralarını sındırmasını əks etdirən görüntülər yayılıb.

AzPost “qafqazinfo”ya istinadən xəbər verir ki, sözügedən yeniyetmələrin Binəqədi rayonu ərazisində əmlaka ziyan vurduqları bildirilib.

DİN Mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov sorğumuza cavab olaraq qeyd edib ki, sosial şəbəkələrdə Binəqədi rayonu ərazisində təhlükəsizlik kameralarına zərər vurulması ilə bağlı paylaşılan görüntülər araşdırılıb: “Əməli törədən 4 yeniyetmə polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlar valideynləri ilə birgə ərazi üzrə Binəqədi RPİ-nin 40-cı PB-nə dəvət ediliblər. Həmin şəxslərlə profilaktik söhbət aparılıb və dəyən ziyanın ödənilməsi təmin edilib”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.