Bakıda qadın çinli sərnişini avtobusdan qovmağa cəhd edib –

Koronavirus qorxusuna görə (VİDEO)
07 Mart 2020 - 00:51

Bakıda qadın avtobusda çinli sərnişini avtobusdan qovmağa cəhd edib.

Azpost.info bildirir ki, sosial şəbəkədə yayılmış görüntülərdə  qadın əcnəbini koronovirus xəstəsi olmaqda ittiham edir.

Heyrətlə ona baxan çinli gülərək ağzındakı maskasını çıxarar və xəstə olmadığını izah etməyə çalışır. Avtobusda olan digər sərnişinlər qadının bu hərəkətindən narazılığını bildiriblər.

Sərnişinlərin müdaxiləsindən sonra qadın hərəkətlətini dayandırıb.