Əsəd Ərdoğanla danışıqlara görə Putinə minnətdarlığını bildirib

Rusiya Prezidenti Vladimir Putin telefon danışığında Suriya lideri Bəşər Əsədi İdlibdəki vəziyyətlə əlaqədar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla danışıqların nəticəsi barədə məlumatlandırıb. 

TASS xəbər verir ki, bu barədə Kremlin mətbuat xidmətinin məlumatında bildirilib.

Qeyd olunub ki, Əsəd tərəflər arasında əldə olunan razılaşmanı yüksək qiymətləndirərək Rusiya prezidentinə terrorçularla mübarizədə verdiyi dəstəyə və Suriyanın suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsi istiqamətində göstərdiyi səylərə görə minnətdarlığını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda qadın çinli sərnişini avtobusdan qovmağa cəhd edib –

Sonrakı məqalə

Sumqayıtdakı məşhur “Sülh göyərçini” abidəsinin müəllifi Vaqif Nəzirov vəfat edib