Bakıda qadın sürücünün vurduğu 72 yaşlı kişi 3 gün sonra ölüb

Bakıda avtomobilin vurduğu 72 yaşlı kişi ölüb. Hadisə Yasamal rayonu, Nərimanov heykəlinin yanında qeydə alınıb.

Aprelin 28-də 1979-cu il təvəllüdlü Sevinc Həsənova idarə etdiyi “Nissan Note” markalı avtomobillə piyada 1953-cü il təvəllüdlü Əbdülbaği Həsənovu vurub.

Piyada xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq 72 yaşlı kişi ötən gün xəstəxanada ölüb.

Faktla bağlı cinayət işi başlanılıb. (Report)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.