Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.
Hadisə Aşıq Molla Cümə küçəsində qeydə alınıb.
1997-ci il təvəllüdlü Əkbərli Elnurə Səbri qızı küçədə qardaşının hücumuna məruz qalıb. Qardaşı onun üz, qol və qarın nahiyəsinə ümumilikdə 3 bıçaq zərbəsi vurub.
Yaralı 3 saylı şəhər xəstəxanasına yerləşdirilib.