Niderland 1/8 finala vəsiqəni və qrup birinciliyini rəsmiləşdirib

AVRO-2020-də qrup mərhələsinin II turunda daha üç oyun keçirilib.

Apasport.az saytının məlumatına görə, B qrupunda tura yekun vurulubsa, C qrupunda hər iki matç baş tutub.

Belçika favoriti olduğu B qrupunda Danimarka ilə görüşüb. Kopenhagendəki matçda hesabı meydan sahibləri açsa da, Roberto Martinesin yetirmələri əzmkar qələbə qazanaraq 1/8 finala vəsiqəni təmin edib.

C qrupunda öncə autsayderlər, ardınca liderlər meydana çıxıb. Ukrayna millisi Şimali Makedoniya üzərində qələbə ilə ilk xallarını qazanıb.

Niderland isə Avstriya ilə görüşüb. Qələbə qazanan “narıncılar” nəinki 1/8 finala yüksəlib, həm də qrup birinciliyini təmin edib. Onlar 1-ci yeri dəqiqləşən ilk komanda olub.

Bu, Frank de Burun yetirmələrini Bakıya bir addım yaxınlaşdırıb. Niderland 1/8 finalda qarşılaşacağı qrup üçüncüsü olacaq rəqibini yensə, 1/4 final matçını Bakı Olimpiya Stadionunda keçiriləcək.

Qeyd edək ki, iyunun 16-da start götürən II tur ayın 19-da başa çatacaq.

AVRO-2020
II tur, 17 iyun

B qrupu
20:00. Danimarka – Belçika – 1:2
Qollar:
 Yussuf Poulsen, 2 – Torqan Azar, 55, Kevin de Breyne, 71
Baş hakim: Byorn Kuypers (Niderland)
Kopenhagen. “Parken” stadionu

1 Belçika 2 2 0 0 5-1 6
2 Rusiya 2 1 0 1 1-3 3
3 Finlandiya 2 1 0 1 1-1 3
4 Danimarka 2 0 0 2 1-3 0

C qrupu
17:00. Ukrayna – Şimali Makedoniya – 2:1
Qollar:
 Andrey Yarmolenko, 29, Roman Yaremçuk, 34 – Ezgjan Alioski, 57
Baş hakim: Fernando Andres Rapallini (Argentina)
Buxarest. “Nasional” stadionu

C qrupu
23:00. Niderland – Avstriya – 2:0
Qollar: 
Memfis Depay, 10 (pen.), Benzel Dumfris, 67
Baş hakim: Orel Qrinfeld (İsrail)
Amsterdam. “Yohan Kroyf Arena”

1 Niderland 2 2 0 0 5-2 6
2 Ukrayna 2 1 0 1 4-4 3
3 Avstriya 2 1 0 1 3-3 3
4 Ş.Makedoniya 2 0 0 2 2-5 0
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda qardaş küçədə bacısını bıçaqlayıb

Sonrakı məqalə

Bu gün İranda Prezident seçkiləri keçirilir