Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü başa çatıb –

User 02 Mart 2023 - 22:59 (Last updated: 21 May 2025 - 20:15)
zirve foto

Bakıda Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə görüşü başa çatır. Bu gün burada iştirak etdiyiniz üçün hər birinizə təşəkkür edirəm.

Bu sözləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov deyib.

Nazir bildirib ki, platformadakı ölkələrin fərqli tarixi, mədəni, siyasi ənənələri olsa da, ortaq prinsiplər mövcuddur.

“Bu sammit çərçivəsində biz ikitərəfli vacib gündəlikləri müzakirə etdik, səmərəli görüşlər keçirdik. Pandemiya meydana çıxanda QH üzvləri fəal oldu. Postpandemiya dövründə də bərpa istiqamətində biz effektiv həll yoları ilə çıxış etməliyik”, – nazir vurğulayıb.

Ceyhun Bayramov qeyd edib ki, Azərbaycan pandemiyanın başlanğıcından bəri bir sıra təşəbbüslərlə çıxış edib və bu təşəbbüslərdən tam dəstək alıb.

“Bu gün biz iqlim dəyişikliyi, ərzaq təhlükəsizliyi, sülh və digər qlobal məsələləri müzakirə etdik. Bu gün Azərbaycan Prezidenti iki təşəbbüs səsləndirdi ki, bunlardan biri postpandemiya dövründə kiçik ada dövlətlərinə və Afrika ölkələrinə dəstəklə bağlıdır. İnanırıq ki, bizim bu təşəbbüsümüzü beynəlxalq ictimaiyyət dəstəkləyəcək. Biz bu ilin sonunda sədrliyimizi Uqandaya verəcəyik. Sədrliyimiz sonlansa da, bizim bu platformada fəallığımız və onun prinsiplərinin reallaşması ilə bağlı qətiyyətimiz bitməyəcək”, – xarici işlər naziri vurğulayıb.

Sonda Zirvə görüşünün yekunlarına dair sənəd qəbul olunub.

Post navigation

Previous: Mədəniyyət naziri vəzifəsini icra edən AYB-yə gəldi, yazıçılarla görüşdü –
Next: Əli İnsanov qeydiyyat üçün 5 min üzvün siyahısını təqdim edib –

Oxşar xəbərlər

manat
  • Sosial

DSMF əmək pensiyalarının bərpası və yenidən təyin edilməsi qaydalarını açıqlayıb

User 22 Oktyabr 2026 - 19:36
din prokurorluq
  • Sosial

Bakıda 25 il əvvəlki qətlin üstü açıldı -RƏSMİ AÇIQLAMA

User 22 Oktyabr 2026 - 17:41
Skuterlər
  • Sosial

Motosiklet, skuter və velosiped oğruları ələ keçdi

User 22 Oktyabr 2026 - 15:06

xƏBƏR

burcler
  • Maraqlı

Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir

User 22 Oktyabr 2026 - 21:18
2026-cı ilin noyabr ayının ortalarına qədər üç bürcün nümayəndələri mühüm düşünmə, prioritetləri yenidən nəzərdən keçirmə və dəyişikliklər...
Read more about Noyabrın ortasına qədər 3 bürcü mühüm dəyişikliklər gözləyir
ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı? abs-ukrayna
  • Dünya

ABŞ-da demokratlar qalib gəlsə, Ukraynaya hərbi yardım artacaqmı?

User 22 Oktyabr 2026 - 21:08
Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi bas aqrisi
  • Maraqlı

Səhər baş ağrısı yüksək təzyiqin əlaməti ola bilər – Həkim rəyi

User 22 Oktyabr 2026 - 21:00
“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens vens
  • Dünya

“Avropa ölkələri ABŞ-dan ciddi dərəcədə asılıdır” – Vitse-prezident Vens

User 22 Oktyabr 2026 - 20:48
“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi rubio
  • Dünya

“Ukrayna müharibəsi yalnız diplomatik yolla başa çata bilər”– ABŞ dövlət katibi

User 22 Oktyabr 2026 - 20:36
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.