Bakıda “Rus Evi”nin ləğvi tam başa çatıb –Ceyhun Bayramov

“Rus evi”
“Rus evi”

Rus Evi” Azərbaycanda uzun müddət qeydiyyatsız fəaliyyət göstərib.

Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilin yekunlarına dair keçirilən mətbuat konfransında deyib.

Nazir bildirib ki, istənilən təsisat ölkə qanunvericiliyinə riayət etməklə fəaliyyət göstərə bilər: “İstənilən təsisatın fəaliyyəti üçün ölkə qanunvericiliyinə hörmət önəmlidir. Heç bir formada birtərəfli qaydada belə təsisatların fəaliyyəti qəbul edilmir. “Rus Evi”nin bağlanmasına dair qərar buna görə verildi. “Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub. Ləğvetmə ilə bağlı, əməkhaqqı və s. yarımçıq proseslər qalıb. Rusiya tərəfi mərkəzdən ləğvedicilər təyin edib, onlar Azərbaycana gəlib. Rusiya səfirliyi bizə müraciət edib, XİN-dən dəstək istəyib. Biz yarımçıq qalan məsələlərin bitməsi üçün lazımi dəstək vermişik. “Rus Evi”nin ləğvi tam başa çatıb, yarımçıq heç nə qalmayıb”.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.