Bakıda sərnişin avtobusu qəzaya uğradı

24 Sentyabr 2020 - 11:54

Bakıda sərnişin avtobusu qəzaya uğrayıb.

Trend-in məlumatına görə, hadisə səhər saatlarında paytaxtın Səbail rayonu, Neftçilər prospektində baş verib.

125 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobus yolda digər avtomobillə toqquşub. Hadisə nəticəsində xəsarət alan olmayıb.