Sentyabrın 23-də Belarusda etirazçılara qəddar divan tutulmasının ardınca Amerika Birləşmiş Ştatlar Lukaşenkanın legitimliyini tanımayan Qərb ölkələrinin sırasına qoşulub.
Dövlət Departamentinin sözçüsü Azadlıq Radiosuna deyib: “9 avquyst seçkisi nə azad, nə də ədalətli olub. Seçkinin elan edilmiş nəticələri fırıldaqdır və heç bir legitimliyi yoxdur. Birləşmiş Ştatlar Alyaksandr Lukaşenkanı Belarusun legitim seçilmiş lideri hesab edə bilməz”.
Birləşmiş Ştatlar müstəqil müşahidəçilərin nəzarəti altında keçiriləcək azad və ədalətli seçki ilə nəticələnəcək “milli dialoqa” çağırıb.
Sözçü əlavə edib ki, “qanunsuz saxlananların azad edilməsi və dinc etiraz edən vətəndaşlara qarşı repressiyalara son qoyulması əsl milli dialoqa yönəlmiş ilk addım olmalıdır”.