Bakıda sərnişin avtobusu yanıb

13 Avqust 2020 - 09:06

Bakıda sərnişin avtobusu yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda “Karsan” markalı sərnişin avtobusunun yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.