Bakıda şəhid polkovnikin cənazəsinin qarşılanması üçün yürüş olub –VİDEO

Bakı sakinləri şəhid polkovnik İlqar Mirzəyevin cənazəsini qarşılamaq üçün yürüş ediblər.

“Report” xəbər verir ki, Xətai və Nizami rayonunda yüzlərlə  insan bir neçə küçə boyunca yürüş edərək “Şəhidlər ölməz, vətən bölünməz” şüarını səsləndiriblər.

Qeyd edək ki, iyulun 13-dən 14-nə keçən gecə və səhər saatlarında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu sahəsində şiddətli döyüşlər davam edib. Düşmən hücumunun qarşısını alarkən Azərbaycan Ordusunun hərbçiləri qəhrəmancasına şəhid olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Şəhid general-mayor Polad Həşimovla ata ocağında vida mərasimi keçirilib –

Sonrakı məqalə

Düşmənin daha bir hərbi obyekti darmadağın edilib –