Bakıda sevdiyi qızdan rədd cavabı alan oğlan bıçağa əl atdı –Qıza yeddi bıçaq zərbəsi vurdu

Bakıda sevgisinə qarşılıq ala bilməyən oğlan 22 yaşlı qıza 7 bıçaq zərbəsi vurub.

Hadisə fevralın 11-i gecə saat 23:30 radələrində Yasamal rayonu, Z.Xəlilov küçəsində baş verib.

Füzuli rayon sakini, 1992-ci il Afiq Hüseynov İsmayıllı rayon sakini, 1998-ci il təvəllüdlü A.Z.-yə yeddi bıçaq zərbəsi vurub. A.Z. xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, A.Hüseynov tanışı olan A.-ya onu sevdiyini etiraf edib, lakin qız onu sevmədiyini bildirirərək sevgili olmaqdan imtina edib.

Bundan qəzəblənən Afiq sevdiyi qıza 7 bıçaq zərbəsi vurub. (Qafqazinfo)

Faktla bağlı Yasamal rayon prokurorluğunda araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Tibb bacısı” ixtisası üzrə ali təhsil almaq mümkün olacaq –

Sonrakı məqalə

“Xəstə həkimə nağd pul verməyəcək…Tibbi sığorta işsizlərə də aiddir” –