Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

Bakıda sığınacaqda qalan 16 yaşlı qız 4-cü mərtəbədən yıxılıb öldü-

User 20 Noyabr 2025 - 13:51 (Last updated: 20 Noyabr 2025 - 13:52)
qiz siqina

Bakıda “Təmiz Dünya” sığınacağında yaşayan yeniyetmə qız 4-cü mərtəbədən yıxılıb.

Hadisə noyabrın 19-da baş verib.

Binəqədi rayonu “Motodrom” qəsəbəsinin ərazisində yerləşən “Təmiz Dünya” sığınacağında yaşayan, Şəmkir rayon sakini, 2009-cu il təvəllüdlü N.C. dördmərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən düşüb.

Xəstəxanaya yerləşdirilən N.C. orada ölüb.

Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.

” Qadın və Uşaq Sığınacağı” Təşkilatının sədri Mehriban Zeynalova hadisə ilə bağlı açıqlama verib:

“Bu faciəni ilk dəfədir yaşayırıq. Sığınacaqda qalan azyaşlı bir qız həyatı ilə vidalaşıb. Bu hadisədən əvvəl o, doğulduğu rayona getmlk istəyirdi və xalasının, həmçinin atasının onu qəbul edəcəyi ümidi ilə yaşayırdı. Xalası dəfələrlə onu götürəcəyini bildirsə də, təəssüf ki, nə himayəyə götürmək üçün müraciət etmiş, nə də real addım atmışdı.
Qızın vəziyyəti ilə bağlı dəfələrlə Sosial Xidmətlər Agentliyinə məlumat vermişdik. Onlar da uşağın ailəsinə qaytarılması üçün çalışırdı. Təəssüf ki, nə ailəsi, nə də ən doğma olan atası onu yanına götürdü. Sosial Xidmətlər Agentliyinin əməkdaşı da onunla dəfələrlə fərdi söhbətlər aparmışdı, lakin bu da müsbət nəticə vermədi. Onun tək istəyi ailəsinə qovuşmaq idi. Ən çox onu tükəndirən atasının ondan imtina etdiyini öyrənməsi oldu. Bu xəbər tam olaraq onun qalan ümidlərinidə qırdı.
Sığınacaq qapalı müəssisə deyil. Biz bu hadisənin baş verəcəyini düşünmürdük, amma təhlükənin fərqində idik. Bütün qurumları da məlumatlandırmışdıq. Sonda həyatının baharını belə yaşamamış bu qız dünyadan köçdü. Son olaraq qohumları ondan qalan müəyyən məbləği və geyimlərini götürdülər”.

AzPost.az

Post navigation

Previous: Gələn il dövlət büdcəsinin gəlirləri 38 milyard, xərcləri 41 milyard olacaq
Next: İrandan PUA ilə narkotik keçirilməsinin qarşısı alınıb

Oxşar xəbərlər

pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
Hava
  • Sosial

Sabaha olan hava proqnozu

User 24 Oktyabr 2026 - 13:37

xƏBƏR

avtomobil yol
  • Maraqlı

Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?

User 24 Oktyabr 2026 - 17:55
Avtomobilin yanacaq sərfiyyatının artması sürücünü ilk növbədə mühərrikdə nasazlıq axtarmağa vadar edir. Halbuki bəzən səbəb daha sadə...
Read more about Avtomobil niyə əvvəlkindən çox yanacaq yandırır?
Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi pehriz
  • Sosial

Az yemək həmişə nəticə vermir – Arıqlamaq istəyənlərin 5 səhvi

User 24 Oktyabr 2026 - 17:35
Gündəlik gəzinti nə üçün vacibdir? gezmek
  • Maraqlı

Gündəlik gəzinti nə üçün vacibdir?

User 24 Oktyabr 2026 - 17:15
Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq? bakı tbilisi qatar
  • Sosial

Azərbaycanda dəmir yollarının 63%-i elektrikləşdirilib – Avropanı harda qabaqlayırıq?

User 24 Oktyabr 2026 - 15:11
QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib qht mina01
  • QHT

QHT mina təhlükəsinə dair layihəsinin yekun tədbirini keçirib

User 24 Oktyabr 2026 - 14:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.