Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • İqtisadiyyat

Bakıda söküntü işləri zamanı nə qədər kompensasiya verilir?

Orkhan Ali 22 Yanvar 2025 - 19:00 (Last updated: 21 May 2025 - 20:15)
Bakıda

Bakıda

“Ərazilər üzrə kompensasiyalar ayrı-ayrılıqda müəyyən olunmalıdır. Hansısa ərazi üzrə bir qiymət müəyyən olunması doğru deyil”.
Bu sözləri BAKU.WS-ə açıqlamasında əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı bildirib.
O əlavə edib ki, söküntü aparılan ərazilərdə kompensasiya ödənişləri zamanı iki istiqamət var:
“Birinci dövlət tərəfindən aparılan söküntülər, hansı ki, birbaşa dövlət proqramının tərkib hissəsi olaraq müəyyən dövlət təşkilatları – Bakı şəhər İcra Hakimiyyəti, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Maliyyə Nazirliyi və başqa qurumlar tərəfindən həyata keçirilir. Bu zaman təbii ki, qiymətləndiricilər prosesə cəlb olunur. Ərazi üzrə qiymətləndirmə işi aparılır. Hətta Dövlət Şəhərsalma və Arxitektura Komitəsi ərazi üzrə qiymətlərin müəyyən edilməsi ilə bağlı qiymətləndiricilər arasında dövlət satınalmaları yolu ilə seçimlər aparır.
İkinci istiqamət isə investisiya proqramlarıdır, yəni özəl şirkətlər tərəfindən investisiya proqramları çərçivəsində aparılan söküntü işləridir. Bu zamanda bir qayda olaraq daha çox əvəzləşdirmələrə üstünlük verilir. Yəni kiminsə orada mənzili varsa, ona yeni binadan mənzil təklif olunur. Razılaşmadığı təqdirdə isə təbii ki, qiymət məsələsi ortaya çıxır. Özəl şirkətlərin məsələyə yanaşması bir az fərqlidir, müxtəlifdir. Bəzi hallarda qiymətləndirici cəlb etmədən bu prosesi həyata keçirirlər. Bəzi hallarda bu məsələlər məhkəmə mübahisəsi yaradır və s. Hesab edirəm ki, daha çox qiymətləndiricilər prosesə cəlb olunsa və bu qiymətləndirmə aparıldıqdan sonra həyata keçirilsə, daha yaxşı olardı”.
Qeyd edək ki, Bakı şəhəri üzrə aparılan söküntülər zamanı əhaliyə bir neçə ilə əvvəl 1500 AZN kompensasiya təklif olunub. Vətəndaşların bu məbləğdən narazı olmasından sonra kompensasiya 2000 AZN-ə qədər qaldırılıb.

Post navigation

Previous: Marketlərdə ölüm təhlükəsi: Alıcılara xəbərdarlıq!
Next: 2500 manat məbləğində yeni dövlət rüsumu müəyyən olunur

Oxşar xəbərlər

fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
aqrar03
  • İqtisadiyyat

Azərbaycanda saatlıq maaş tətbiq oluna bilər – İlk olaraq hansı sahələri əhatə edəcək?

User 11 Noyabr 2026 - 12:05
bankomat_dollar_141021
  • İqtisadiyyat

Bu günə olan valyuta məzənnələri

User 11 Noyabr 2026 - 09:19

xƏBƏR

ilham turk sefer
  • Siyasət

İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb

User 11 Noyabr 2026 - 18:30
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasına səfəri noyabrın 11-də başa çatıb. Antalya Beynəlxalq Hava Limanında dövlətimizin...
Read more about İlham Əliyevin Türkiyəyə səfəri başa çatıb
Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi erdoqan pasinyan
  • Dünya

Paşinyan Ərdoğanla görüşür – Ermənistan və Türkiyə liderləri Antalyada bir araya gəldi

User 11 Noyabr 2026 - 18:00
Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib ilham anta01
  • Siyasət

Prezident və Mehriban Əliyeva COP31-in Liderlər Sammitində iştirak edib

User 11 Noyabr 2026 - 17:47
Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb? rus ukr danisiq abu dabi
  • Dünya

Rusiya və Ukrayna Əbu-Dabidə nələri müzakirə edirb?

User 11 Noyabr 2026 - 16:54
Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı fermer01
  • İqtisadiyyat

Kiçik fermerləri ağır vergi yükü gözləyir? – İqtisadçı yeni qaydaların risklərini açıqladı

User 11 Noyabr 2026 - 15:30
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.