Bakıda sürücü 16 bıçaq zərbəsi ilə öldürülüb

18 Mart 2020 - 11:33

Bakıda qətl törədilib.

Hadisə paytaxt ərazisində yerləşən daş karxanalarından birində qeydə alınıb. Özünə məxsus yük maşını ilə rayonlara daş daşıyan, Ağdaş rayon Aşağı Nemətabad kənd sakini, 1968-ci il təvəllüdlü Mahmudov Əziz Qurban oğlu 16 bıçaq zərbəsi ilə qətlə yetirilib.

Hadisənin kimin və ya kimlər tərəfindən hansı məqsədlə törədildiyi hələlik məlum deyil.

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.