“Goldman Sachs”dan neft proqnozu –Qiymət 20 dollara düşəcək

“Goldman Sachs” bankı 2020-ci ilin II rübündə “Brent” markalı neftin qiyməti üzrə proqnozunu 1/3 dəfə azaldaraq bir barelə görə 20 ABŞ dollarına endirib.

“APA-Economics”in “Reuters”ə istinadən verdiyi məlumat görə, bank koronavirusla əlaqədar neftə olan qlobal tələbatın gündəlik 1,1 mln. barel azalacağını gözləyir.

Buna baxmayaraq, “Goldman Sachs”ın cari ilin sonuna olan proqnozuna görə, azalan tədarük və tələbatın bərpası bu ilin IV rübünə yaxın gündəlik 1,5 mln. barel neft defisitinə gətirib çıxara bilər və bunu nəzərə alaraq, bank 2020-ci ilin III və IV rüblərində “Brent” markalı neftin qiymətinin müvafiq olaraq 30 dollar və 40 dollar səviyyəsində olacağını proqnozlaşdırır.

Qeyd edək ki, bu gün “Brent” markalı neftin qiyməti 28,5 dollar təşkil edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda sürücü 16 bıçaq zərbəsi ilə öldürülüb

Sonrakı məqalə

YAP maliyyə hesabatını MSK-ya təqdim etdi