Bakıda tıxacda dayanan sürücüyə cərimə yazıldı- FOTO

Bakıda tıxacda dayanan sürücüyə yazılan cərimə sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub. AzPost xəbər verir ki, hadisə ilə bağlı narazılıq bildirən sürücü iradını sosial şəbəkə vasitəsilə paylaşıb.

Məlumata görə, paytaxt yollarında yaşanan sıxlıq zamanı avtomobilini hərəkətsiz vəziyyətdə saxlayan sürücü, gözlənilməz şəkildə 80 manat cərimə ilə qarşılaşıb. Cərimə sürücüyə İnzibati Xətalar Məcəlləsinin 346.4-cü maddəsinə əsasən tətbiq olunub.

Qeyd edək ki, həmin maddəyə görə, yanqoşqusu olmayan motosikletlər, mopedlər və velosipedlər istisna olmaqla, digər nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanması və ya durması qadağandır. Bu qaydanın pozulması isə 80 manat məbləğində cərimə və 2 cərimə balı ilə nəticələnir.

Sürücü isə bildirir ki, o, yol hərəkəti sıxlığı səbəbindən məcburən dayanıb və bu vəziyyətdə cərimələnməsi haqsızlıqdır. Onun sözlərinə görə, tıxac şəraitində hərəkətsiz qalmaq yol polisi tərəfindən dayanma kimi qəbul edilərək cərimə yazılıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.