Bakıda tozlu hava müşahidə olunur

Avtomatik stansiyalardan əldə edilən məlumatlara əsasən, Bakı və Abşeron yarımadasında tozlu hava şəraiti müşahidə olunur.

Ətraf Mühitin Çirklənməsinin Monitorinq Qrupunun baş mühəndisi Rəna Allahverdiyeva bildirib ki, buna səbəb arabir güclənən şimal-qərb küləyinin təsiri nəticəsində torpağın üst quru səthində formalaşan toz kütlələrinin ətraf ərazilərə yayılmasıdır:

“Tozlu hava şəraiti lokal xarakter daşıyır və meteoroloji şəraitdən asılı olaraq gün ərzində davam edəcəyi gözlənilir”(apa).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.