Bakıda tuneldə qəza baş verib-ölən və xəsarət alanlar var - FOTO

Bakının Nərimanov rayonunda ağır yol qəzası baş verib, 1 nəfər ölüb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində qeydə alınıb.

Nurlan Hüseynov idarə etdiyi “Hyundai” markalı nəqliyyat vasitəsilə yol kənarında körpünün divarlarını yuyan AAYDA-nin əməkdaşı Nizami Məmmədovu vurub.

Daha sonra “Hyundai” yol kənarında körpünü yuyan “İveco” markalı yük maşınına çırpılıb. N.Məmmədov hadisə yerində ölüb.

Avtomobilin sürücüsü Nurlan Hüseynov, Elçin adlı sərnişin və AAYDA-nin əməkdaşı Elnur Ağayev ağır bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Dolların bu günə olan rəsmi məzənnəsi

Sonrakı məqalə

Bu gün növbəti buraxılış imtahanı keçirilir