Bakıda Uşaq Kitab Festivalı təşkil olunacaq- Bu tarixlərdə

Aprelin 8-dən 11-dək Bakı İdman Sarayında II Uşaq Kitab Festivalı təşkil ediləcək.

“Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyindən verilən məlumata görə, festival çərçivəsində Bakı İdman Sarayında on minlərlə kitabın endirimli qiymətlərlə satışı, ustad dərsləri, məşhurların nağıl saatları, əyləncəli tamaşalar təşkil olunacaq.

Qeyd edək ki, tədbirin təşkilatçıları “Azərbaycan Nəşriyyatları Assosiasiyası” İctimai Birliyi, Mədəniyyət Nazirliyi, Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, həmçinin Elm və Təhsil Nazirliyidir.

Girişi sərbəst olan tədbirdə məşhur uşaq yazıçılarının imzalı kitabları festival ziyarətçilərinə təqdim ediləcək.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.