Bakıda vəkil özünü Vəkillər Kollegiyasının qarşısında yandırdı

Bakıda vəkil özünü yandıraraq öldürüb.

Hadisə bu gün saat 19 radələrində Nərimanov rayonu, Üzeyir Hacıbəyov küçəsi 100 ünvanında (Vəkillər Kollegiyasının inzibati binasının qarşısı) qeydə alınıb.

Salyan Vəkil bürosunun vəkili Məmmədov Zaur İsa oğlu üzərinə tezalışan maddə tökərək yandırıb. O, hadisə yerində ölüb.

Hazırda prokurorluq orqanların əməkdaşları hadisə yerini müayinə edir.

Faktla bağlı Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır. (APA)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.