Bakıda yeniyetmə özünü 13-cü mərtəbədən yerə atıb

21 İyul 2021 - 08:30

Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə Xiyabani küçəsi 45 ünvanında qeydə alınıb.

2004-cü il təvəllüdlü Ağaverdiyev Ağaverdi Bəxtiyar oğlu özünü binanın 13-cü mərtəbəsindəki mənzilinin eyvanından yerə atıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.