Bakıdan sonra daha bir şəhərdə 60 ailəyə pulsuz mənzillər veriləcək

Sosial mənzil
Sosial mənzil

Əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə Şirvan şəhərində mənzillər veriləcək.

AzPost xəbər verir ki, bununla bağlı Sosial Xidmətlər Agentliyi hazırlıqlara başlayıb.

Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün 20 ədəd birotaqlı20 ədəd ikiotaqlı20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum mənzillərin satın alınmasına 4,6 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

Xatırladaq ki, daha əvvəl Agentlik əlilliyi müəyyən edilmiş daha bir qrup şəxsə və şəhid ailələrinə verilməsi üçün Bakı şəhərində 40 ədəd birotaqlı40 ədəd ikiotaqlı20 ədəd üçotaqlı mənzilin satın alınması ilə bağlı müvafiq işlərə start verib.

Qurum paytaxt üzrə həmin mənzillərin satın alınmasına 8 milyon manat vəsaitin sərf olunacağını proqnozlaşdırıb.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.