AZAL Bakıdan Təbrizə birbaşa uçuşlara başlayır. Reyslər 15 iyun tarixindən etibarən açılır və həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
AzPost xəbər verir ki, Operativ Media sözügedən reys üzrə aviabiletin qiymətlərini araşdırıb.
Məlum olub ki, Bakıdan Təbrizə iyun ayında qiymətlər 1 nəfər üçün 202 AZN-dən başlayır. İyul, avqust aylarında ayında isə bilet qiymətləri bir qədər də bahalaşır və 273 AZN təşkil edir.
Sentyabr və oktyabr ayları üçün aviabilet qiyməti 182 AZN təşkil edir.
Qeyd edək ki, bu qiymətlərlə əldə edilən bilet yalnız bir istiqamət üzrədir, dönüş daxil deyil.
Uçuş müddəti 1 saat 15 dəqiqə təşil edir.