Bakıdan Trabzona təyyarə reysi açılır- Bu tarixdən

“Azərbaycan Hava Yolları”nın (AZAL) tərkibinə daxil olan “Buta Airways” aviaşirkəti Bakıdan yeni marşrut açır.

AZAL-dan bildirilib ki, mayın 4-dən etibarən aviaşirkət Bakı-Trabzon-Bakı istiqamətində uçuşlar həyata keçirəcək.

Uçuşlar həftədə iki dəfə, cümə axşamı və bazar günlərinə planlaşdırılır.

Qeyd edək ki, Qara dəniz sahilində yerləşən Trabzon şəhəri zəngin mədəniyyəti və maraqlı tarixi ilə məşhurdur. Trabzonda çimərlik mövsümü maydan oktyabr ayınadək davam edir.

“Buta Airways”in bütün planlaşdırılmış reyslərinə aviabiletləri aviaşirkətin www.butaairways.az rəsmi internet saytından və ya mobil tətbiqi vasitəsilə əldə etmək mümkündür.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.