Bakının bu hissəsində evlər plana düşür –2 min manat ödəniləcək - ÜNVAN

Söküntü
Söküntü

Bakının Yasamal rayonunda yeni söküntü prosesi həyata keçiriləcək.

Yasamal rayonunda yerləşən Xıdır Mustafayev və Xaqan Dadaşov küçələrində yerləşən fərdi yaşayış evləri mərhələli şəkildə söküləcək.

Hazırda həmin ərazilərdə inventarizasiya işləri aparılır. Bu proses tamamlandıqdan sonra söküləcək evlərin dəqiq sayı açıqlanacaq.

Xatırladaq ki, söhbət “İnşaatçılar” metrostansiyası ilə İctimai Televiziya arasındakı ərazilərdə, Şərifzadə küçəsi ilə paralel olan kiçik küçələrdən gedir. Sözügedən küçələr Şərifzadə küçəsinin sol tərəfində Yeni Yasamal istiqamətində yerləşir.

Planlaşdırmaya əsasən, söküntü işləri mərhələli şəkildə icra ediləcək. Əmlakı söküləcək sakinlərə minimum 2 min manat kompensasiya verilməsi nəzərdə tutulub. Lakin evlərin dəyəri fərqli olduğundan, bu məbləğin daha yüksək olması istisna edilmir. Kompensasiyanın dəqiq həcmi Maliyyə Nazirliyi tərəfindən müəyyən olunacaq (Baku.ws).

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.