Bakının mərkəzində panduslar bərbad vəziyyətdədir- FOTO

Bakının Səbail rayonu, Əhməd Cavad küçəsində yerləşən panduslar uzun müddətdir baxımsız vəziyyətdə qalır. AzPost xəbər verir ki, şəhərin mərkəzində yerləşən bu ərazidə piyadaların, xüsusilə də əlilliyi olan şəxslərin rahat hərəkəti üçün nəzərdə tutulmuş panduslar istifadəyə yararsız hala düşüb.

Fotolarda görünür ki, pandusların bir hissəsi dağılaraq qırıq daş yığınına çevrilib, digər hissələr isə qabarıq örtüklərin sıradan çıxması səbəbindən təhlükə mənbəyinə çevrilib. Sakinlər bildirir ki, məsələ ilə bağlı dəfələrlə müraciət olunsa da, hələ də təmir işləri aparılmayıb.

Qeyd edək ki, Səbail Rayon İcra Hakimiyyəti əraziyə cavabdeh qurumlardan biridir. Buna baxmayaraq, indiyədək problemin aradan qaldırılmaması paytaxt sakinlərinin ciddi narazılığına səbəb olub.

Şəhərin mərkəzində belə bir mənzərənin qalması həm piyadalar üçün təhlükə yaradır, həm də paytaxtın infrastrukturuna mənfi təsir göstərir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.