Bakının Nərimanov rayonunda həyət evlərində yanğın başlayıb –

FOTO
01 Mart 2020 - 15:22

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsi 7A ünvanında evdə yanğın olması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin verdiyi məlumata görə, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq canlı qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

saat 14.51

Bakı şəhəri, Nərimanov rayonunda həyət evlərində yanğın başlayıb.

APA-nın məlumatına görə, bu gün saat 14.20 radələrində  Nərimanov rayonu, İsmayıl Hidayətzadə küçəsində həyət evlərinin birində başlayan yanğın qısa müddətdə qonşuluqdakı iki evə də keçib.

Saat 14.30 radələrində hadisə yerinə yanğınsöndürmə briqadaları gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam edir.