Bakı şəhəri Nəsimi rayonu ərazisində magistral su xəttində baş vermiş qəzanın aradan qaldırılması ilə əlaqədar 06 iyul 2020-ci il tarixində Nəsimi rayonunun bir hissəsinə (əsasən şəhərin mərkəzi küçələrinə) içməli suyun verilməsi müvəqqəti dayandırılıb.
Bu barədə Trend-ə “Azərsu” ASC-dən məlumat verilib.
Gün ərzində qəzanın aradan qaldırılacağı və su təchizatının bərpa ediləcəyi planlaşdırılır.
Yaranmış narahatlıqla əlaqədar “Azərsu” ASC abonentlərdən üzr istəyir.