Bakının rayonları üzrə koronavirusa yoluxma göstəriciləri necə olub? –

AÇIQLAMA
24 Aprel 2020 - 20:18

“Bakının rayonlarında koronavirusa ən çox yoluxma Yasamal, Sabunçu, Nəsimi və Binəqədi rayonlarında qeydə alınıb. Bunun da səbəbi orada əhalinin sıxlığı ilə bağlıdır”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, yoluxanlar arasında Yasamal 22.43 %, Sabunçu 12.2 %, Nəsimi 11.15 %, Binəqədi 11.37 %, Nizami 5.11 %,Xətai 5.31 %, Nərimanov 6.27 %, Qaradağ 3.02 %, Səbail 2.3%, Suraxanı 5.11 %, Xəzər 4,53 %, Pirallahı 0.93 % təşkil edib.

Yoluxanların 3.72 %-i Sumqayıt, 5.49 %-i Abşeronun payına düşür.