“Bakının Ukrayna ilə bağlı mövqeyi ölkəmizin xeyrinədir” –TOFİQ ZÜLFÜQAROV

“Azərbaycanın Rusiya-Ukrayna müharibəsində sərgilədiyi mövqe dövlət maraqlarına uyğundur”.

Bu barədə Azpost.info-ya keçmiş xarici işlər naziri  Tofiq Zülfüqarov bildirib.

Onun sözlərinə görə, bu məsələdə emossionallığa qapılmaq lazım deyil: “Bəzən az qala deyirlər ki, Ukrayna ilə birgə vuruşaq. Belə deyənlərə sual verirəm ki, öz övladlarınızı Ukraynaya göndərərsiniz?! Azərbaycanın sərgilədiyi mövqe kifayət qədər ağıllı və dövlət maraqlarına uyğundur. Azərbaycan ictimaiyyəti Ukrayna xalqının yanındadır. Dövlət olaraq isə Ukraynaya humanitar yardım edirik. Ən vacib məqam isə ondan ibarətdir ki, Azərbaycan Türkiyə ilə birgə müharibənin dayandırılması üçün işlər görürür. Azərbaycanın xidmətləri görünməsə də, müəyyən addımlar atıb və bu mühüm məsələdir. Yəni, Azərbaycan bu məsələdə yalnız xoşməramlı niyyətlə çıxış edir. Görürsünüz, Ukrayna Prezidenti Zelenski də Azərbaycan Prezidentinə zəng edir, ona təşəkkürünü bildirir”.

Tofiq Zülfüqarov əlavə edib ki, Ukraynanın ərazi bütövlüyünü qorumaq ilk növbədə Ukrayna xalqının vəzifəsidir: “Azərbaycan öz ərazi bütövlüyünü qorumaq üçün döyüşdü, şəhidlər verdi və məqsədinə nail oldu. Bu gün də Ukrayna xalqının qarşısında belə bir vəzifə dayanıb. Təbii ki, biz də baş verənləri görürük və xalq olaraq ukraynalılarla həmrəylik nümayiş etdiririk. Qısası, Azərbaycanın bu məsələdə sərgilədiyi mövqe normaldır və maksimal olaraq ölkəmizin xeyrinədir”.

Azpost.info

Əvvəlki məqalə

“Zelenskini öldürmək planı barədə xəbərlər yalandır” –

Sonrakı məqalə

Rusiyalı aparıcı Solovyovun İtaliyadakı villasını yandırıblar