Bakının Xətai rayonunda su kəsiləcək

su olmayacaq
su olmayacaq
Bakının Xətai rayonundan keçən içməli su xəttində aparılacaq təmir-bərpa işləri ilə əlaqədar sabah saat 22:00-dan iyulun 17-si axşam saatlarına qədər rayonun bəzi ərazilərinə suyun verilməsində fasilə yaranacaq.
Bu barədə AzPost-a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 17-si axşam saatlarından etibarən suyun əvvəlki rejimlə verilməsi mərhələli şəkildə bərpa ediləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.