Bakıya yeni parkın layihə sənədi 2,4 mln. manata başa gələcək

Bakının Nəsimi rayonunda salınacaq yeni istirahət parkının layihə-smeta sənədlərinin hazırlanmasına iki milyon üç yüz səksən yeddi min manat vəsait ayrılıb. AzPost xəbər verir ki, bu barədə məlumat Dövlət Satınalmalarının Vahid İnternet Portalında yerləşdirilib.

Yeni park 28 May küçəsindən başlayaraq “The Ritz-Carlton Baku” otelinə qədər uzanan on iki hektarlıq ərazidə salınacaq. Layihə şəhərin mərkəzində yaşıllığın artırılması və sakinlərin istirahət imkanlarının genişləndirilməsi məqsədi daşıyır.

Parkın layihələndirilməsi işlərini Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” MMC sifariş verib. Sənədlərin hazırlanması “Az.Arxitektura” MMC-yə həvalə olunub və tərəflər arasında artıq rəsmi müqavilə imzalanıb.

Müqaviləyə əsasən, şirkət göstərilən ərazidə yeni istirahət məkanının layihə-smeta sənədlərini iki milyon üç yüz səksən yeddi min səkkiz yüz otuz üç manat səksən dörd qəpik məbləğində hazırlayacaq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.