Baku Electronics xarab məhsul satıb?- Müştəri bir aydır servis cavabı gözləyir

Baku electronics
Baku electronics

Baku Electronics mağazasından mart ayının on yeddisində alınan “Wonlex” markalı ağıllı saatın texniki problemi müştəri ilə servis arasında uzunmüddətli ünsiyyətə səbəb olub.

AzPost bildirir ki, iddialara görə, alıcı məhsulu evdə yoxladıqdan sonra saatın SIM kartı qəbul etmədiyini aşkar edib və bunu nasazlıq kimi qiymətləndirərək cihazı şirkətin servis mərkəzinə təqdim edib. Lakin bir ayı aşkın müddətdə servis tərəfindən yekun rəy və ya cavab verilmədiyi bildirilir.

Müştəri sosial şəbəkədə yayılan müraciətində qeyd edib ki, dəfələrlə əlaqə saxlanılsa da, yalnız ümumi cavablar alınıb: “Bu gün məlumat veriləcək”. Nəticədə, cihaz hələ də servis nəzarətində saxlanılır və problemin nə zaman həll olunacağı barədə dəqiq informasiya təqdim olunmayıb.

Qeyd edək ki, istehlakçı hüquqları barədə qanunvericiliyə əsasən, texniki qüsurlu məhsulun geri qaytarılması və ya dəyişdirilməsi alıcının hüququdur. Ekspertlərin fikrincə, bu cür halların effektiv və şəffaf şəkildə həll olunması həm istehlakçı məmnuniyyəti, həm də satış şəbəkəsinin imicinin qorunması baxımından əhəmiyyətlidir.

Məsələ ilə bağlı Baku Electronics-dən bildirilib ki, müştəri tərəfindən ad, soyad və əlaqə nömrəsi təqdim olunarsa, müraciət araşdırılacaq və qısa müddətdə cavab veriləcək.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.