“Baku Electronics”dən şikayət- “Pul alıb, sonra düzəldə bilmirik deyirlər”

“Baku Electronics” mağazasından televizor alan müştəri şirkətin xidmətindən narazılığını bildirib.

AzPost xəbər verir ki, şikayətçi Orxan Mahmudov sosial şəbəkələrdə paylaşım edərək qeyd edib ki, o, 5 il əvvəl “Baku Electronics”dən aldığı Samsung markalı televizorun Wi-Fi funksiyası işləmədiyi üçün şirkətin 143 nömrəsinə müraciət edib.

Müştərinin sözlərinə görə, onu servis xidməti ilə əlaqə saxlamaq üçün 991 nömrəsinə yönləndiriblər. Orxan Mahmudov bildirib ki, servis əməkdaşları televizora baxış keçirilməsinin 25 manat dəyərində olduğunu, problemin aradan qaldırılıb-qaldırılmayacağına isə yalnız baxışdan sonra qərar veriləcəyini bildiriblər.

Şikayətçi məsələni belə izah edib:

“Dedim ki, diaqnostikaya ehtiyac yoxdur, problem bəllidir. Sadəcə, düzəlməsi mümkündürmü, mümkündürsə, qiyməti nə qədərdir, onu deyin. Cavab verdilər ki, yox, qaydamız belədir.”

O, daha sonra yenidən 143 nömrəsinə zəng etdiyini və orada da eyni cavabı aldığını deyib:

“Dedilər, servis nə deyibsə odur, biz qarışa bilmirik. Deməli, 25 manat alıb baxış keçirib, ‘düzəldə bilmirik’ deyib gedə bilərlər. Bu nə yanaşmadır?”

Şikayətçi qeyd edib ki, bu davranışla o, şirkətdən ciddi şəkildə narazı qalıb.

“Baku Electronics” şirkətinin mövqeyini dərc etməyə hazırıq.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.