Balakən və Lənkəranda ev yanıb, xəsarət alanlar var

Balakən rayonunun Şambul kəndində ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 2 ədəd plastikdən ibarət pəncərə çərçivəsi, 1 ədəd qapısının taxta üzlüyü və dam örtüyünün yanar konstruksiyaları 15 m² sahədə, bitişik, ümumi sahəsi 40 m² olan talvarın yanar konstruksiyaları, altında olan taxta materiallar və 2 ədəd dəzgah yanıb.

Bu barədə  Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Yanğın zamanı 2 nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Digər hadisə Lənkəran şəhərinin Seyidkəran kəndində baş verib. Belə ki, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və dam örtüyü yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Əvvəlki məqalə

Bağdadda etiraz aksiyaları zamanı 125 nəfər xəsarət alıb

Sonrakı məqalə

Lukaşenko mümkün varislərinin adlarını açıqladı