Balıq tutmaq üçün “Asan Xidmət”dən icazə almaq lazımdır

Azərbaycanda balıq və digər su bioresurslarının ovuna dair kvota bölgüsünün təsdiqlənməsi fonunda bazarlarda balıq qiymətlərində artım müşahidə olunur.

AzPost FED.az biznes və maliyyə xəbərləri portalına istinadən xəbər verir ki, sənaye və əmtəə məqsədli balıq ovu ilə məşğul olmaq istəyən şəxslər artıq müvafiq icazələrin alınması üçün Bakıdakı “Balıqçılıq və Akvakultura Mərkəzi”nə və ya bölgələrdəki “ASAN xidmət” mərkəzlərinə müraciət edə bilərlər. Balıq tutmaq üçün icazə qiymətləri balıqların nəvünə görə fərqlidir.

Lakin rəsmi ov mövsümünün tənzimlənməsi prosesi gedərkən satış mərkəzlərində qiymət dinamikası alıcıların əleyhinə dəyişib.

Belə ki, hazırda balıq bazarında ən çox tələbat farel və sazan növlərinədir. Satıcıların verdiyi məlumata görə, İranda baş verən hadisələrdən sonra xüsusilə farelin qiymətində kəskin artım qeydə alınıb. Belə ki, cəmi bir neçə gün öncə daha münasib olan farel hazırda 16-17 manata təklif edilir.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.